...

COP29 çərçivəsində Bakıda maliyyə, investisiyalar və ticarət günü keçiriləcək

Yaşıl iqtisadiyyat Materials 9 Sentyabr 2024 14:57 (UTC +04:00)
COP29 çərçivəsində Bakıda maliyyə, investisiyalar və ticarət günü keçiriləcək
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Bakı şəhərində maliyyə, investisiyalar və ticarət günü keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Bakıda keçirilən "Azərbaycanın yaşıl iqtisadiyyatı inkişafında kiçik və orta biznesin rolu" konfransında AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib.

"Tədbir 14 noyabr tarixində Bakı təşəbbüslərinin həyata keçirilməsi çərçivəsində baş tutacaq. Bu təşəbbüslər bu ilin yayında açıqlanıb", - Abdullayev vurğulayıb.

Onun fikrincə, Azərbaycanın 14 təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizəyə və davamlı inkişaf məqsədlərinə çatmağa kömək edəcək.

Abdullayev, həmçinin, qeyd edib ki, 14 noyabrda "Biznes, İnvestisiyalar və Filantropiya Platforması" adlı tədbir keçiriləcək, təşkilatçısı isə AZPROMO olacaq.

O, maliyyə, investisiyalar və ticarət günü çərçivəsində AZPROMO və Dünya İqtisadi Forumunun birgə təşkil etdiyi iki müzakirə sessiyasının baş tutacağını qeyd edib: iqlim məqsədlərini dəstəkləyən xarici sərmayədarların müvafiq yerli şirkətlərlə əlaqələndirilməsi və iqlim öhdəliklərinin investisiya layihələri ilə əlaqələndirilməsi.

"Trade and Investment House pavilyonları da təşkil olunacaq", - deyə Abdullayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti