...

Azərbaycan Mərkəzi Bankı "yaşıl" kreditlərin tətbiqi üçün təlimat hazırlayıb

Yaşıl iqtisadiyyat Materials 9 Sentyabr 2024 14:37 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı "yaşıl" kreditlərin tətbiqi üçün təlimat hazırlayıb
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) "yaşıl" kreditlər və digər müvafiq maliyyə alətləri üçün təlimat hazırlayıb.

Trend xəbər verir ki, bu barədə AMB-nin dayanıqlı maliyyə idarəsinin baş iqtisadçısı Kənan Məmmədov "Kiçik və orta biznesin 'yaşıl' iqtisadiyyatda rolu" konfransında məlumat verib.

Məmmədovun sözlərinə görə, bu təlimat "yaşıl" taksonomiya ilə sıx bağlıdır və artıq AMB-nin idarə heyətinə təqdim edilib. Onun yaxın həftələrdə təsdiqlənməsi gözlənilir.

"Həmçinin, metodiki tövsiyələrin hazırlanması və müvafiq qanunvericilik bazasında dəyişikliklərin edilməsi üzrə işlərin aparıldığını", - o bildirib.

Məmmədov əlavə edib ki, bazarın inkişafı ilə əlaqədar olaraq gələcəkdə əlavə təkmilləşdirmələr planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti