...

Azərbaycan “yaşıl” energetikaya keçidə böyük əhəmiyyət verir - Asif Əsgərli

Yaşıl iqtisadiyyat Materials 10 Sentyabr 2024 13:54 (UTC +04:00)
Azərbaycan “yaşıl” energetikaya keçidə böyük əhəmiyyət verir - Asif Əsgərli
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan “yaşıl” energetikaya keçidə böyük əhəmiyyət verir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan demokratik tələbə gənclər təşkilatının sədri Asif Əsgərli Bakıda keçirilən "Gənc liderlər vasitəsilə ekoloji siyasətə dəstək" beynəlxalq gənclər forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan yalnız neft və qaz ixrac etməklə kifayətlənmir, həm də "yaşıl" enerji, "yaşıl" iqtisadiyyat və "yaşıl" fəlsəfənin inkişafı üçün səylər göstərir.

“Bugünkü dövrdə dünyada narahatlıq yaradan qlobal ekoloji problemlər mövcuddur. Xarici nümayəndələr də Bakıya gəlib, bu mövzuda öz baxışlarını və fikirlərini bölüşürlər”, – o qeyd etdi.

O, Azərbaycanın "yaşıl" iqtisadiyyata keçidinin ölkənin prioritetlərindən biri olduğunu vurğuladı. İqlim dəyişmələri ilə mübarizəyə dünyanın müxtəlif yerlərində vətəndaş cəmiyyəti və gənc liderlər qoşulub.

Qeyd edək ki, forum 18 ölkədən 24 gənc liderin, həmçinin Azərbaycanın 60-dan çox gənclər təşkilatlarının rəhbərlərinin, dövlət qurumlarının nümayəndələrinin, mütəxəssislərin və digər qonaqların iştirakı ilə keçirilir.

Fransa, Finlandiya, Danimarka, Norveç, İspaniya, Çex Respublikası, Bolqarıstan, Rumıniya, Macarıstan, Polşa, Latviya, Litva, Türkiyə, Moldova, Rusiya, Ukrayna, Gürcüstan və Qazaxıstandan olan aktiv gənc liderlər, gənclər qeyri-hökumət təşkilatlarının rəhbərləri, mütəxəssislər və ekspertlər Azərbaycanlı həmkarları ilə mühit, iqlim dəyişikliyi ilə mübarizə, ekovolontarlığın genişləndirilməsi, həmçinin "yaşıl" iqtisadiyyat və ekoloji iştirakın təşviqi, COP29 beynəlxalq ictimai dəstəyi və Azərbaycanın qlobal tanıdılması sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi və şəbəkələrin yaradılması məsələləri üzrə panel müzakirələri aparacaqlar.

Eyni zamanda, rəsmi qurumların və qeyri-hökumət təşkilatlarının koalisiyaları ilə görüşlər keçiriləcək və bu istiqamətdə aktiv fəaliyyətin davam etdirilməsi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, forum Azərbaycan Gənclər Fondunun, "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" ictimai birliyinin və Gənclər Təşkilatları Milli Şurasının dəstəyi ilə keçirilir.

Forum 13 sentyabr tarixinədək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti