...

Qlobal iqlim maliyyələşdirməsinin yalnız 1,6 faizi gənclər təşkilatlarının payına düşür - Deniz Avebare

Yaşıl iqtisadiyyat Materials 11 Noyabr 2024 13:07 (UTC +04:00)
Qlobal iqlim maliyyələşdirməsinin yalnız 1,6 faizi gənclər təşkilatlarının payına düşür - Deniz Avebare
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal iqlim maliyyələşdirilməsinin yalnız 1,6 faizi gənclər təşkilatlarının payına düşür.

Trend xəbər verir ki, bunu “Betterlife” təşkilatının təsisçisi Denİz Avebare COP29 liderlərinin Gənclər Forumu zamanı deyib.

"Əgər müzakirədə gənclər iştirak etmirsə, bu, gələcəyin müzakirəsi deyil. Çünki gənclər üçün gələcək indiki zamandır. O, sabah deyil və biz sabah ya da iki il sonra oraya daxil olmaq istəmirik. Bizə də aid olan məsələləri müzakirə etmək üçün masada bir yer tutmaq istəyirik.

Biz istəyirik ki, bu, yalnız təbliğat olmasın, əməllə olsun. Artıq təbliğatla məşğul olmamalıyıq. İndi fəaliyyətə keçməliyik, hətta bu, iqlim maliyyələşdirilməsi ilə bağlı olsa belə", - o qeyd edib.

D.Avebare bildirib ki, gənclər innovativ olmağa, həllər tapmağa çalışırlar. Və əgər gənclər dəstək almazsa, onların iqlimlə bağlı fəaliyyətləri və hətta innovativ həlləri olmayacaq.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti