...

Nobel mükafatı laureatı: "Azərbaycanda İT-nin inkişafı sənaye sektorunun effektivliyini artıracaq" (video)

Telekommunikasiya Materials 26 Sentyabr 2007 14:16 (UTC +04:00)
Nobel mükafatı laureatı: "Azərbaycanda İT-nin inkişafı sənaye sektorunun effektivliyini artıracaq" (video)

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ Cərşənbə günü Nobel mükafatı laureatı, Norveç-Amerika fizika alimi Ayvar Cayever "Yüksək texnologiylar sahəsində maddi və informasiya elmləri" birinci beynəlxalq konfrasında bildirib ki, informasiya texnologiyaları sahəsində elmin inkişaf etməsi Azərbaycana İT-nin ölkə iqtisadiyyatında iştirakını genişləndirməyə imkan verəcək.

Onun sözlərinə görə, İT sahəsində elmin inkişafı iş şəraitinin yaxşılaşmasına, ölkənin sənaye sektorunun effektivliyinin artmasına səbəb olacaq.

Cayaver Bakıda keçirilən konfransın mühüm olduğunu qeyd edib.

"Konfransın əhəmiyyəti informasiya texnologiyaları sahəsində elmi məsələlərə böyük diqqət ayrılmasından ibarətdir" - deyə o bildirib. "Mən ümid edirəm ki, elmin bu sahəsinin Azərbaycanda inkişafı barədə daha çox məlumat əldə edəcəyəm" - deyə Nobel mükafatı laureatı qeyd edib.

Fizikaçı alim həmçinin qeyd edib ki, Azərbaycan və Norveçin iqtisadiyyatı oxşardır.

"Noreç Azərbaycanın malik olduğu eyni üstünlüklərə, eyni zamanda eyni problemlərə malikdir. Norveç də neft ehtiyatlarına malikdir, lakin bu neft bir gün tükənəcək. Ölkə buna hazır olmalıdır" - deyə Cayaver bildirib.

Konfrans işini sentyabrın 29-da yekunlaşdıracaq. Konfransın təşkilatçısı qismində Yaponiyanın Fizika Cəmiyyətinin dəstəyilə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyları Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası çıxış edir. Konfransda məruzə ilə Yaponiya, Azərbaycan, Almaniya, Səudiyyə Ərəbistanından olan alimlər çıxış edirlər. Konfransın rəsmi dili ingilis dilidir.

Xəbər lenti

Xəbər lenti