...

Azercell öz abunəçilərinə rəngli SMS təqdim edir

Telekommunikasiya Materials 10 Oktyabr 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom İB "Rəngli SMS" xidməti təqdim edir. Şirkətdən verilən məlumata görə, xidmət özündə əlavə müxtəlif effektlərlə təchiz olunmuş mətn təqdim edir. Bu xidmətdən istifadə edərkən abonentlər mesajlarındakı simvollarin, arxa fonun rəngini dəyişdirə və mesajlarına emosiya işarələri əlavə edə bilərlər.

Xidmətdən yararlanmaq üçün 9600 nömrəsinə SMS vasitəsilə RENGLİ sözünü yazıb göndərmək lazımdır. Mesajın cavabında WAP link daxil olur. Alınan linki seçərək "Rəngli SMS" proqramını yükləmək və onu telefonun yaddaşında saxlamaq lazımdır.

Bir "Rəngli SMS"in qiyməti:

- SimSim/BizdənBizə abonentləri üçün - 15 kontur

- GəncSim abonentləri üçün - 11 kontur

- Azercell Fakturalı Xətt abonentləri üçün - 0.07 manat (ƏDV xaric) təşkil edir.

Azercell Telecom 1996-cı ilin 19 yanvarında yaradılıb. Şirkət həmin il dekabrın 15-dən fəaliyyətə başlayıb. O, abunəçilərinə öncədən ödəmə əsasında xidmətlər təklif edib.

Azercell Telecom Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35.7faiz) və "Fintur Holdings BV" (64.3 faiz) şirkətinin birgə yaratdığı müəssisədir.

"Fintur Holding B.V."dəki iştirakın 41,45 faizi Türkiyənin "Turkcell" şirkətinə, 58,55 faizi isə Finlandiyanın "Teliasonera" şirkətinə məxsusdur.

Operator 2,8 mln.-dan artıq abunəçiyə malikdir.

Xəbər lenti

Xəbər lenti