...

Azərbaycanda İT sahəsinin gəlirləri neft sektorunun gəlirləri səviyyəsinə çata bilər - nazir

Telekommunikasiya Materials 21 Noyabr 2007 15:05 (UTC +04:00)
Azərbaycanda İT sahəsinin gəlirləri neft sektorunun gəlirləri səviyyəsinə çata bilər - nazir

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Çərşənbə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda keçirilən "Telekommunikasiya və İnformasiya Texnologiyaları" beynəlxalq sərgi-konfransında bildirib ki, Azərbaycanda istehsala və informasiya texnologiyasının ixracına yönəlmiş "Regional innovasiya zonası" layihəsinin həyata keçirilməsi 2012-ci ildə İT sahəsindən 4 mlrd. dollar məbləğində gəlir əldə etməyə imkan verəcək.

"2015-2020-ci illərdə "Regional innovasiya zonası" layihəsindən əldə olunan gəlirlər ölkənin hazırda neft sektorundan əldə olunan gəlirlərə bərabər olacaq" - deyə nazir bildirib.

"BakuTel-2007" iştirakçılarının 30%-i Azərbaycan şirkətləridir. Bu il "BakuTel-2007"də 25 ölkədən 142 şirkət iştirak edəcək və ötən illə müqayisədə ekspozisiya sahəsi 15% artırılacaq. Bu il sərgidə iştirak edən şirkətlərin 27%-i ilk dəfədir ki, bazara daxil olur.

Nazirin sözlərinə görə, son beş il ərzində Azərbaycanın rabitə sahəsinin gəlirləri 30% artıb. Bu dövr ərzində mobil rabitə abonentlərinin sayı dörd dəfə, İnternet istifadəçilərinin sayı isə üç dəfə artıb.

Sərgi çərçivəsində "Regional innovasiya zonası: problemlər və həll yolları" konfransı baş tutacaq ki, konfrans Azərbaycanda texnopark layihəsinin reallaşma prosesinin sürətləndirilməsinə yönəlib.

Xəbər lenti

Xəbər lenti