...

Azərbaycanda elektronlaşdırılan telefon rabitəsinin payı 80%-i ötür

Telekommunikasiya Materials 24 Dekabr 2007 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Azərbaycanda elektronlaşdırılan telefon rabitəsinin payı 80%-i ötür. Bu barədə bazar ertəsi Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov məlumat verib. Bakı üzrə bu rəqəm bir qədər yüksəkdir və paytaxtda telefon şəbəkəsinin elektronlaşdırılması prosesi 2008-ci ilin birinci kvartalında başa çatdırılacaq. Nazirin sözlərinə görə, Rabitə Nazirlyinin 2008-ci ildə əsas məqsədi Azərbaycandakı stasionar telefon aparatlarının sayını orta dünya göstəricilərinə çatdırmaqdır. Hökumətin proqnozlarına görə, 2011-ci ildə ölkədə hər 100 nəfərə düşən stasionar telefon aparatlarının sayı 15-dən 19.8 -dək artacaq.

Xəbər lenti

Xəbər lenti