...

Teleradio İB-in Baş direktorunun müavini təyin edilib

Telekommunikasiya Materials 25 Fevral 2008 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral/ Trend , müxbir S.Babayeva/ Rabitə və informasiya texnologiyaları nazirinin əmrinə əsasən, Teleradio İB-in Baş direktorunun təsərrüfat işləri üzrə yeni müavini təyin edilib. Rabitə Nazirliyinin məlumatına görə bu vəzifəyə, buna qədər (2004-cü ilin mayından) həmin təşkilatda təchizat və təsərrüfat şöbəsinin rəisi vəzifəsini tutan Məsud Qocayev təyin edilib.

Qocayev 1962-ci ildə anadan olub, 1986-cı ildə "Radiorabitə və radioötürmə" ixtisası üzrə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib. Rus və türk dillərini bilir. Ailəlidir, iki övladı var.

Xəbər lenti

Xəbər lenti