...

Azərbaycanın poçt şöbələri "Novruz" bayramı günlərində işləyəcək

Telekommunikasiya Materials 13 Mart 2008 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend / Mart ayının 20-dən 28-dək "Novruz"bayramı münasibətilə "Azerpocht"Dövlət Müəssisəsinin poçt şöbələri növbəli rejimlə işləycək və əhaliyə bütün növ poçt rabitəsi xidmətləri göstərəcək. Hökumətin təsdiq etdiyi kimi, bu günlər qeyri - iş günü kimi elan olunub.

Rabitə Nazirliyinin məlumatına görə, əhali poçt xidmətlərin bütün növlərindən, o cümlədən məktub, bağlama, pul və b. göndərməsi xidmətlərindən məhdudiyətsiz istifadə edə, eləcə də müxtəlif kommunal xərcləri ödəyə biləcək.

"Azerpocht" strukturunun təkibinə 59 poçtamt, 2 poçt müəssisəsi, 2 törəmə müəssisəsi və 8 rabitə qovşağı daxildir.

Ölkənin bütün yaşayış məntəqələrini əhatə edən DM-də 1,3 min. poçt şöbəsi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti