...

Rabitə Naziriliyi yanvar və fevral aylarında gəlirlərin artımını elan edir

Telekommunikasiya Materials 14 Mart 2008 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir S.Babayeva / Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Naziriliyinin yanvar və fevral aylarında gəlirləri 2007-ci ilin analoji dövrü ilə müqayisədə 1,2 faiz artıb. Nazirilikdən verilən məlumata görə, gəlirlərin ümumi məbləği 28,5 mln. manat təşkil edib.

Əhalidən alının gəlirlər də, həmçinin, yanvar və fevral aylırında 2007-ci ildəki 36,9 faizdən 13,5 mln. manata qədər artıb.

Yanvar və fevral aylarında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları sahəsinə dövlət investisiyaları 2,84 mln. manat təşkil edib.

2007-ci ildə dövlət rabitə müəssisələrinə 39,3 mln. manat investisiya qoyulub. Rabitə sahəsinə qoyulmuş İnvestisiyaların ümumi həcmi 158,4 mln. manat təşkil edib. Keçən il Rabitə Naziriliyi 186,1 mln. manat gəlir əldə edib ki, bunun da 70,7 mln. manatı əhaliyə göstərilmiş xidmətlərə görədir.

Xəbər lenti

Xəbər lenti