...

Azərbaycan və Belarus İT-nin inkişafı üzrə birgə fəaliyyət planı hazırlayırlar

Telekommunikasiya Materials 27 Mart 2008 12:49 (UTC +04:00)
Azərbaycan və Belarus İT-nin inkişafı üzrə birgə fəaliyyət planı hazırlayırlar

Azərbaycan, Bakı, 27 mart/ Trend müxbir S.Babayeva/ Azərbaycan və Belarus informasiya-komunnikasiya texnologiyaları sahəsində yaxın perspektiv üçün birgə fəaliyyət planı hazırlayırlar. Tərəflər Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Belarusa səfərinin gedişində bu razılığa gəliblər.

Belarusun Rabitə və İnformatizasiya Nazirliyinin verdiyi məlumata görə, tərəflər arasında əməkdaşlıq İT sahəsində hökumətlərarası sazişin bağlanması ilə dəstəklənə bilər. Abbasovun səfəri rabitə və informatizasiya naziri Nikolay Pateleyin dəvəti ilə baş tutub.

Abbasov Minskdə Rabitə və İnformatizasiya Nazirliyində, Milli Elmlər Akademiyasında, "Yüksək texnologiyalar parkı" Administrasiyasında, Təhsil Nazirliyində və Belarus Dövlət İnformatika və Radielektronika Universitetində görüşlər keçirib.

Abbasov orbita buraxılışı 2010-cu ilə planlaşdırılan Azərbaycanın rabitə peykinin yaradılması , həmçinin Azərbaycan ərazisindən keçməklə Qərbi Avropa və Mərkəzi Asiya ölkələri arasında transkontinental optik əlaqə xəttinin tikintisi layihəsinin reallaşdırılması zamanı Belarusla əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Abbasov "Yüksək texnologiyalar parkı" Administrasiyasında danışıqların yekunları üzrə parkın rezidentlərinə Azərbaycan şirkətləri arasınad potensial sifarişçi axtarışında yardım göstərməyə hazır olduqlarını bildirib, Bakıda "Yüksək texnologiyalar parkı"-nın imkanlarına dair biznes-forumun təşkil edilməsini təklif edib.

Xəbər lenti

Xəbər lenti