...

3G standartı mobil rabitə tariflərinin aşağı düşməsinə yardım edəcək – Azərbaycanın rabitə naziri

Telekommunikasiya Materials 14 Aprel 2008 16:09 (UTC +04:00)
3G standartı  mobil rabitə tariflərinin aşağı düşməsinə yardım edəcək – Azərbaycanın rabitə naziri

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir S.Babayeva/ 3G üçüncü nəsil rabitə xidmətinin tətbiq edilməsi mobil rabitə tariflərinin aşağı düşməsinə gətirib çıxara bilər. Bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

"Azərbaycanın mobil ratbitə operatorları 3G texnologiyasını tətbiq etməyə hazırlaşır" - deyə nazir bildirib.

Onun sözlərinə görə, mobil rabitə xidmətlərinin qymətləri bazardan asılıdır və bunun idarə tərəfindən nizamlanması mümkün deyil. "Lakin biz bazarda fəallığı saxlamağa, operatorlar trəfindən resursların istifadəsinə görə, xərcləri aşağı salmağa çalışırıq. Lakin biz son istifadəçilər üçün tarifləri nizamlamaq gücündə deyilik" - deyə Abbasov vurğulayıb.

Azərbaycanda dörd mobil rabitə operatoru fəaliyyət göstərir. Onlardan üçü - "Azercell Telecom", "Bakcell" və "Azerfon" GSM standartlarına müvafiqdir, "Catel" isə CDMA standartlarına uyğundur. Ölkədə mobil rabitə abunəçilərinin ümumi sayı 4 mln. nəfəri üstələyir. Üç GSM mobil rabitə operatoruna 3G üçüncü nəsil rabitə xidməti tezlikləri təklif olunub.

3G standartı Beynəlxalq Telekommunikasiya İttifaqı trəfindən hazırlanıb və IMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G - "üçüncü nəsil", İnternet şəbəkəsi xidmətlərinə yüksək sürətli mobil çıxış və məlumat ötürmə kanalı yaradan radiorabitə texnologiyalarını birləşdirən xidmətlər toplusudur. 3G üçüncü nəsil şəbəkəsi təxminən 2 G Herts tezlik diapazonunda işləyir və məlumatları 2 Mbit/s sürəti ilə ötürür. Onlar videotelefon rabitəsi, mobil telefonda film və teleproqramlara baxmağa imkan verir.

Dünyada 3G standartı mövcüddür: UMTS (yaxud W-CDMA) v CDMA2000. UMTS, əsasən, Avropada, CDMA2000 Asiya və ABŞ-da yayılıb. "Wireless Intelligence"Nin məlumatlaına görə, 2006 - cı il noyabr ayının sonlarında dünyada 364 mln. 3G abunəçisi qeyd alınıb. Hesablamalara görə, onlardan 93,5 mln.nəfəri UMTS şəbəkəsinə, 271,1 mln.-u isə SDMA200 şəbəkəsinə qoşulub.

Xəbər lenti

Xəbər lenti