...

Azercell "SimSim" və "Bizden Bize" abunəçiləri üçün güzəştlər tətbiq edib

Telekommunikasiya Materials 24 Aprel 2008 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" "SimSim" abunəçilərinə iki sərfəli güzəşt təklif edir. Şirkətin məlumatında bildirilir ki, ilk güzəşt "BizdənBizə" tarif paketinin istifadəçiləri üçün nəzərdə tutulub.

İndiyədək "Bizdən Bizə" abonentləri gərgin saatlarda (08.00-00.00) istənilən "Azercell" nömrəsinə zəng edərkən  3 saniyə əvəzinə 2 kontur ödəyirdilər. Lakin bundan sonra "BizdənBizə" abonentləri gərgin saatlarda daha güzəştli şərtlərlə danışacaqlar. Onlar 2 saniyə üçün 1 kontur ödəyəcəklər. Abonent 1 dəqiqə danışıq üçün əvvəlki kimi 40 kontur yox, 30 kontur ödəyəcək.

"Bizdən Bizə" tarif paketinə qoşulmaq istəyən "SimSim" abonentləri "BizdenBize" sözünü yazıb 7575 qısa nömrəsinə mesaj göndərməlidir.

İkinci güzəşt isə "Azercell" fakturasız xətt abonentlərinin hamısını əhatə edir. Bundan sonra bütün "SimSim", "BizdənBizə" "GəncSim" abonentləri seçdikləri "Dost-Tanış" nömrələrinə etdikləri zəngin 2 saniyəsinə görə 1 kontur deyil, 3 saniyəsinə görə 1 kontur ödəyəcəklər. Bu endirimin tətbiqi sayəsində əvvəllər 1 dəqiqəlik danışığa görə 30 kontur ödəyən abonentlərdən indi cəmi 20 kontur silinəcək. "Dost-tanış" nömrəsini seçmək üçün istədiyiniz nömrəni operator kodu ilə birgə yazıb qısa mesajla 8080 nömrəsinə göndərmək kifayətdir.

Bu gün "Azercell Telecom" Azərbaycan iri Mobil rabitə operatorlarından biridir və 3 mln.-dan çox abunəçiyə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti