...

Nar Mobile yay kampaniyasını elan edib

Telekommunikasiya Materials 2 İyun 2008 21:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend müxbir S.Babayeva/ İyunun 1-dən başlayaraq bütün Nar Mobile öncədən ödənişli tarif planlarının (Həvəskar, Xoş Xəbər, Rəngarəng Zövqlər, Məqsədə Doğru) abunəçiləri yeni yay kampaniyasından yararlana bilərlər.

Şirkətin məlumatına əsasən, aksiyanın şərtlərinə əsasən yay mövsümündə balansını artırmış hər bir abunəçi ölkə daxilində bütün istiqamətlərə 525 pulsuz dəqiqə, 50 SMS və 50 MMS-ə qədər bonuslar əldə etmək imkanını qazanmış olacaqlar.

Nar Mobile abunəçisi bir neçə dəfə balansı artırdığı halda bütün pulsuz dəqiqələr, SMS və MMS-lər cəmlənir. Tarif planı dəyişdirildikdə belə, Bonus Mövsümü aksiyası çərçivəsində əldə olunan bonuslar olduğu kimi qalır.

Balans artırılması Pulsuz dəqiqələrin miqdarı Pulsuz SMS miqdarı Pulsuz MMS miqdarı
50 AZN 525 50 50
20 AZN 195 20 20
10 AZN 90 10 10
5AZN 45 5 5
2 AZN 10 2 2

Abunəçilər balansın artırılma üsulundan asılı olmayaraq Bonus Mövsümü aksiyası çərçivəsində bonuslar əldə edəcəklər. Hər balans artırılmasından sonra abunəçiyə əldə etdiyi bonuslar haqqında bildiriş mesajı göndəriləcəkdir. Abunəçi istənilən an *777#20#Yes sorğusunu yığmaqla bonusların mövcud statusunu öyrənə bilər.

Azərbaycan ərazisində mobil rabitə xidmətinin göstərilməsi üçün Azerfon BM-ə (Nar Mobile ticarət nişanı) Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən № 001512 lisenziya verilib. Azerfon MMC öz kommersiya fəalliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb. Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi yaradılmışdır. Hazırda Nar Mobile şəbəkəsindən 500.000-dən çox abunəçi istifadə edir.

Xəbər lenti

Xəbər lenti