...

Azercell Naxçıvan MR-də abonentləri cəlb edir

Telekommunikasiya Materials 24 İyul 2008 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul/ Trend /Azərbaycanın mobil rabitə operatoru - Azercell Telecom çümə axaşmı Naxçıvan Muxtar Respublikası ərasisində yeni Sim-Sim abonentləri üçün kapaniyanın keçirilməsini barədə elan edib. Yeni abonentlər 90 gün ərzində Muxtar Respublika ərazisində sərfəli qiymətlərlə danışa biləcəklər.

Azercell-in verdiyi məlumata görə, kampaniyaya iki üsulla - Nokia 1200 telefonunu SimSim paketlə və yüklənmiş 1000 konturla 39 AZN-ə almaqla və ya balansında 500 kontur olan SimSim paketli yeni nömrə almaqla qoşulmaq olar.

Tariflər aşağıdakı kimidir::  

  • Şəbəkədaxili zənglər: 4 saniyə=1 kontur
  • Şəbəkəxarici zənglər: 2 saniyə=1 kontur
  • Beynəlxalq zənglər: 1 saniyə=1 kontur

Kampaniya iyulun 24-dən oktyabrın 24-dək keçiriləcək.

Hazırda Azercell Telecom Azərbaycanın ən böyük mobil rabitə operatorudur və 3 mln.-dan çox abonentə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti