Azərbaycan, Bakı, 14 avqust / Trend /Azərbaycanın mobil operatoru Azercell Teleсom MMC abonentlərinin istifadəsinə dörd ölkə ilə GPRS/MMS rouminq xidmətini təqdim edib. Şirkətin verdiyi məlumata görə, bunlar Tacikistanın "Indigo",ABŞ-ın"Nextel",Rusiyanın"NTC"və Makao"CTM"-dir.
Bu Azercell-in Tacikistanla ikinci, Rusiya ilə dördüncü, Makao ilə birinci, ABŞ-la isə dördüncü GPRS/MMS rouminq razılaşmasıdır.
"Azercell"-in abonentləri hazırda Tacikistanın "Babilon-Mobile", Rusiyanın "Megafone", "VimpelCom", "MTS", ABŞ-ın isə "T-Mobile", "Cingular Wireless", "Cincinnati Bell Wireless" operatorlarının xidmətindən yararlanırlar.
Qeyd edək ki, "Azercell Telekom" MMC-nin 3,5 milyon abonenti var və indiyədək dünyanın 63 ölkəsinin mobil rabitə operatoru ilə 133GPRS/MMS rouminq sazişi bağlayıb.