...

Azərbaycan GPS sisteminə qoşulmaq niyyətindədir

Telekommunikasiya Materials 28 Noyabr 2008 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Daşınmaz əmlakın qeydiyyatı" layıhəsi çərçivəsində, AzerSat milli rabitə peykinin istifıadsi üzrə tədbirlər planı 10 gün ərzində Azəbaycan Daşınmaz Əmlakın Dövlət Reyeatr Xidməti tərəfindən hazırlanacaq. Bu barədə cümə günü kollegiya iclasında Dövlət Xidmətinin Rəhbəri Arif Qaraşov bildirib. Peykin 2013 - cü ilədək buraxılması planlaşdırılır.

"Milli peyk elektron orto - foto xəritələrin hazırlanmasını və onlardan istifadəni nəzərdə tutur", - deyə Qaraşov bildirib.

Dövlət Xidməti rəhbərinin müavini İlham Bayramovun sözlərinə görə, peykin olması Azərbaycanın GPS sistemindən istifadə etməsinə imkan yaradacaq. O qeyd edib ki, bu işlər çərçivəsində, ölkə ərazisində peyk ilə əlaqə üçün 37 antennanın quraşdırılması planlaşdırılır.

"Daşınmaz əmlakın qeydiyyatı" layihəsi Dünya Bankı ilə birgə reallaşdırılır.

AzerSat layihəsinin dəyəri təqribən 200 mln. dollar qiymətləndirilir. Peykin əhatə dairəsinə təqribən Avropa və Asiyanın bir hissəsi - Qazaxıstan, Türkmənistan və İran daxil olacaq. AzerSat-ın istifadə müddəti 18 - 19 ildir.

Məqalə müəllifi ilə əlaqət ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti