...

Naxçıvan Muxtar Respublikasında rabitə xidməti üzrə artım 20%-dən çox olub

Telekommunikasiya Materials 4 Mart 2009 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir S.Babayeva / Yanvarda Naxçıvan Muxtar Respublikasında (NMR) 1,6 mln. manat həcmində rabitə xidməti göstərilib ki, bu da 2008-ci ilin müvafiq dövr göstəricisini 20,4 faiz üstələyir. Bu barədə çərşənbə günü NMR-in Bakıdakı daimi nümayəndəliyindən bildiriblər.

Göstərilən xidmətlərin ümumi həcmindən 80,1 faizi və ya 1,3 mln. manatı özəl şirkətlərin payına düşüb: bu seqment üzrə artım 23,6 faiz təşkil edib.

Muxtariyyətin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yanvar ərzində 214 ədəd telefon xətti çəkilib.

Muxtariyyət Azərbaycanın qərb hissəsində yerləşir. O, şimal və şərqdən Ermənistan, qərb və cənubdan Türkiyə və İran ilə sərhəddir. NMR-in ümumi sahəsi 5,5 min kvadrat kilometr təşkil edir, əhalisinin sayı 360 min nəfərdən çoxdur. Muxtariyyətin paytaxtı Naxçıvan şəhəridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti