...

"Baktelekom"un CDMA abunəçilərinin sayı artır

Telekommunikasiya Materials 18 Aprel 2009 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir S.Babayeva /

"Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Baktelekom" istehsalat birliyinin (İB) CDMA abunəçilərinin sayı 8 minə çatıb", - İB-nin rəhbəri Beytulla Hüseynov deyib. Ötən ilin yayında bu rəqəm 7 min təşkil edib.  

"SDMA xidmətlərinə tələbat Azərbaycanda yüksəkdir", - Hüseynov qeyd edib.

Onun sözlərinə əsasən, BTRIB bazasında CDMA nömrələrinin həcmi 10 min nömrə təşkil edir və ehtiyac yarandıqda onları artırmaq olar.

CDMA şəbəkəsinin əhatə dairəsinə Bakı şəhəri və "Aztelekom"la rouminq hesabına Azərbaycanın regionları daxildir.

"Baktelekom" İB 511indeksasiyası ilə CDMA xidmətləri göstərir.

Azərbaycanda CDMA şəbəkə xidmətlərini "Baktelekom", "Aztelekom" dövlət müəssisələri, eləcə də Catel, Ultel və Aztrank təqdim edir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti