Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir C.Babayeva /
ABŞ-da informasiya texnologiyaları (İT) üzrə üçüncü Azərbaycan-Amerika biznes forumu iyul-sentyabrda keçirilə bilər, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.
"Forumun keçirilməsinin dəqiq tarixi hələ ki, müəyyən edilməyib və bu istiqamətdə işlər görülür", - nazirlikdən məlumat veriblər.
Əvvəllər forum may-iyuna planlaşdırılmışdı.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə Azərbaycanın böyük telekommunikasiya şirkətlərinin forumda iştirakı gözlənilir.
Ötən il İT üzrə ikinci Azərbaycan-Amerika biznes forumu San-Xosedə fevralın sonu mayın əvvəlində rabitə naziri Əli Abbasov, Sinam, Ultra, AZEL, Microsoft və Cisco Systems şirkətlərinin Azərbaycandakı nümayəndəlikləri və digər telekommunikasiya şirkətlərinin iştirakı ilə keçirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]