...

Azərbaycan "İT sahəsində rəqabətə davamlılıq indeksləri"ndə iki pillə yüksəlib

Telekommunikasiya Materials 19 Sentyabr 2009 11:05 (UTC +04:00)
Beynəlxalq Proqram Təminatçıları Assosiasiyasının dəstəyi ilə Economist Intelligence Unit analitik agentliyinin apardığı beynəlxalq tədqiqatların nəticələrinə uyğun olaraq, Azərbaycan 2009-cu ildə 100 mümkün baldan 21,3 bal toplayaraq "İT sahəsində rəqabətə davamlılıq indeksləri"ndə 61-ci yerə yüksəlib. Bu barədə www.infocity.az yazır.
Azərbaycan "İT sahəsində rəqabətə davamlılıq indeksləri"ndə iki pillə yüksəlib

Azərbaycan, Bakı, 18 sentyabr / Trend /

Beynəlxalq Proqram Təminatçıları Assosiasiyasının dəstəyi ilə Economist Intelligence Unit analitik agentliyinin apardığı beynəlxalq tədqiqatların nəticələrinə uyğun olaraq, Azərbaycan 2009-cu ildə 100 mümkün baldan 21,3 bal toplayaraq "İT sahəsində rəqabətə davamlılıq indeksləri"ndə 61-ci yerə yüksəlib. Bu barədə www.infocity.az yazır.

Keçən il Azərbaycan bu reytinqdə 63-cü yer tutb. Artıq 3 ildir ki, davamlı olaraq bu tədqiqatlar aparılır. Dünyanın 66 ölkəsində aparılan tədqiqatlar nəticəsində İT sahəsindəki göstəricilər qiymətləndirilir və müqayisə edilir. Bu, ölkələrin həmin sahədəki rəqabətə davamlılığını müəyyənləşdirmək məqsədi ilə həyata keçirilir.

Şərqi Avropa ölkələrindən Estoniya, Çexiya, Macarıstan, Slovakiya və Litva ilk beşliyə daxil olub.

Xəbər lenti

Xəbər lenti