...

Azərbaycan Ədliyyə Nazirliyi internet resursların yaradılması və kompyuter avadanlığının alınması üzrə tender keçirir

Telekommunikasiya Materials 16 Oktyabr 2009 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Ədliyyə Nazirliyi ədliyyə sisteminin təkmilləşdirilməsi layihəsi çərçivəsində Web-saytların yaradılması və kompyuter avadanlığının alınması üzrə tender keçirir .

Web-saytların açılışı üzrə tender Ədliyyə Nazirliyi, Məhkəmə Hüquq Şurası və məhkəmələr üçün internet resurslarının yaradılmasını nəzərdə tutur. Tenderdə iştirak etmək üçün sənədlər oktyabrın 20-si saat 18:00-a kimi nazirliyin binasında qəbul olunur.

Kompyuter avadanlıqlarının alınması üzrə tenderdə iştirakın qiyməti 150 manat təşkil edir. İştirakçıların təklifləri noyabrın 26-sı saat 15:00-a kimi qəbul olunur. Tender təkliflərinin açılması həmin gün keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti