...

Azərbaycanda SPECA-nın iclası keçiriləcək

Telekommunikasiya Materials 23 Noyabr 2009 11:21 (UTC +04:00)
2010-cu ildə Bakıda Mərkəzi Asiya iqtisadçıları üçün nazirlər səviyyəsində xüsusi proqramın (SPECA) iclası keçiriləcək. Bu barədə Trend Capital-a Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib.
Azərbaycanda SPECA-nın iclası keçiriləcək

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir H.Vəliyev/

2010-cu ildə Bakıda Mərkəzi Asiya iqtisadçıları üçün nazirlər səviyyəsində xüsusi proqramın (SPECA) iclası keçiriləcək. Bu barədə Trend -a Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib.

Əliquliyevin sözlərinə görə, iclasın keçirilməsi barədə qərar innovasiya müəssisələrinin maliyyələşdirilməsi, intellektual mülkiyyətin kommersiyalaşdırılması və noyabrın 10-11-də Qırğızıstanda keçirilən dövlət-özəl tərəfdaşlığının inkişafı sahəsində potensialın artırılması üzrə regional seminar zamanı qəbul olunub.

Azərbaycan seminarın işində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycanın Milli Elmlər Akademiyası ilə təmsil olunub.

Seminar BMT-nin Asiya və Sakit Okean üçün iqtisadi və sosial komissiyası ilə BMT-nin Avropa İqtisadi Komissiyanın əməkdaşlığı ilə SPACE-in layihə işçi qrupunun biliyə əsaslanan iqtisadiyyatın inkişafı üzrə 2009-cu il üçün iş proqramına müvafiq olaraq təşkil olunub.

Əliquliyevin sözlərinə görə, iclasın əsas məqsədi milli innovasiya sisteminin, hüquqi mexanizmlərin işlənməsi, müvafiq qanunların qəbul olunması, milli innovasiya sistemlərinin tərkib hissələrinin müəyyən edilməsi və s. idi. İştirakçılar, həmçinin intellektual mülkiyyət hüquqlarının müdafiəsi, innovasiya mexanizmlərinin işə salınması üçün iqtisadi təşkilatların yaradılması (texnoparkların və innovasiya mərkəzlərinin yaradılması, beynəlxalq təcrübənin - Cisco, Microsoft öyrənilməsi və s.) məsələlərini nəzərdən keçiriblər.

SPECA işçi qrupunun növbəti iclasının 2010-cu ilin ortalarında Astanada keçirilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti