...

Azərbaycan Mərkəzi Bankı menecment üzərində nəzarət sistemini tətbiq edəcək

Telekommunikasiya Materials 23 Dekabr 2009 10:39 (UTC +04:00)
Bank menecmenti üzərində nəzarət-informasiya sisteminin yaradılması ilə bağlı elan olunmuş tenderin qalibi "Sinam" şirkəti olub. Bu barədə tender komissiyasının məlumatında deyilir.
Azərbaycan Mərkəzi Bankı menecment üzərində nəzarət sistemini tətbiq edəcək

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir H.Vəliyev/

Bank menecmenti üzərində nəzarət-informasiya sisteminin yaradılması ilə bağlı elan olunmuş tenderin qalibi "Sinam" şirkəti olub. Bu barədə tender komissiyasının məlumatında deyilir.

Layihə rəhbərliyə rahatlıq yaratmaq üçün informasiya bazasının avtomatlaşdırılmasını nəzərdə tutur.

"Sinam" şirkətinin biznesin inkiişafı üzrə direktoru İslam Əhmədovun sözlərinə görə, Bank menecmenti üzərində nəzarət-informasiya sistemi hesablanmanın analitik sistemini təqdim edir.

Sistemin məqsədi real vəziyyətin düzgün qiymətləndirilməsini təmin etmək, bununla da inkişafın planlaşdırılması göstəricilərinə düzəliş etmək üçün zəmin yaratmaqdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti