Azərbaycan, Bakı, 03 mart / Trend /
Bakcell şirkəti müştərilərinə "yaxın olmaq" fəlsəfəsinə sadiq qalaraq, öz müştəriləri üçün yeni SMS2EMAIL xidmətini təqdim edir.
Yeni SMS2EMAIL xidməti Bakcell abunəçilərinə SMS-lə dünyanın istənilən nöqtəsində olan elektron poçt ünvanına mətn mesajları göndərməyə imkan verir.
Bu yeni xidmətdən istifadə etmək üçün Bakcell abunəçiləri öz mobil telefonunda boş məsafədən sonra [email protected] mətnli mesaj yaratmalı və onu 9000 qısa nömrəsinə göndərməlidir.
Nümunə: [email protected] . Görüş . Salam, gəl saat 10:30-da görüşək.
Bütün mesajlar [email protected] ünvanından gələcək, burada XXXXXXX - sizin mobil telefonunuzun nömrəsi olacaq. SMS-ə cavab olaraq hər bir Bakcell abunəçisi standart SMS göndərə və ya sadəcə zəng edə bilər. SMS mesajının 9000 qısa nömrəsinə göndərilmə qiyməti 0.09 AZN-dir (45 kontur).
Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 milyona çatıb.
Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.
SMS2EMAIL xidməti, həmçinin Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün www.bakcell.com-a daxil ola və ya 555-ə zəng edə bilərsiniz.
Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.