...

Azərbaycanın internet provayderi Cisco Systems telekommunikasiya avadanlıqları bazasında şəbəkə strukturu qurur

Telekommunikasiya Materials 22 Mart 2010 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın internet provayderi "Uninet" Cisco Systems telekommunikasiya avadanlıqlarından istifadə etməklə şəbəkə strukturunu təkmilləşdirir. Bu barədə şirkətin məlumatında deyilir.

Şirkətin şəbəkəsinin modernləşdirilməsi üçün 720 Gbit/san sürətlə paketlərin aparat kommutasiyası üzrə səmərəliliyi təmin edən Sup720 idarəetmə modulu ilə Cisco 7603 marşrutizatorları quraşdırılıb.

Cisco 7600 seriyasından olan marşrutizatorlar bir neçə Gbit/san səviyyəsində səmərəliliyi təmin edir, müxtəlif parametrlərdə buraxılır və yüksəksəmərəli xidmətlərin təqdim edilməsi üçün optik interfeys modullarının təkmilləşdirilməsini dəstəkləyir.

Şirkət tərəfindən həmçinin 10 Gbit-lik Cisco Catalyst 6503 və 3750 kommutatorları istifadəyə verilib. Cisco Catalyst 6500 özündə 48-dən 576-a kimi Ethernet 10/100/1000 Mbit/san portlarına və ya 48-dən 1152-ə kimi Ethernet 10/100 Mbit/san portlarına malik kommutatorları birləşdirir.

Cisco Catalyst 3750 kommutatorlarının yeni seriyası ofislərdə orta səviyyəli lokal şəbəkələr üçün nəzərdə tutulub.

Şəbəkə kommutatorlarının yenilənməsi ilə əlaqədar olaraq şirkətin billinq sistemi istifadəçi trafikinin 10 Gbit-lik xidmət səviyyəsinə keçilib.

Xəbər lenti

Xəbər lenti