...

ABŞ Türkmənistanda tədris prosesində multimedia texnologiyalarını tətbiq edir

Telekommunikasiya Materials 7 Aprel 2010 12:16 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 7 aprel /Trend, müxbir H.Həsənov/

Türkmənistanda ABŞ Beynəlxalq Agentliyinin (USAİD) keyfiyyətli tədris layihəsi start götürüb. Məqsəd multimedia texnologiyaları ilə tanışlıqdır. Seminarlar müəlllimlər, məktəb administrasiyaları, həmçinin, Türkmənistan Təhsil Nazirliyinin əməkdaşları üçün nəzərdə tutulub.

Seminarın açılışında USAİD-in Türkmənistandakı nümayəndəliyinin rəhbəri Eşli Morets qeyd edib ki, "Agentlik pedaqoji prosesdə yeni multimedia texnologiyalarının tətbiqini, həmçinin, tədrisə müasir yanaşmanı dəstəkləyir".

Press-relizdə deyilir ki, 1992-ci ildən USAİD Türkmənistanda sosial sektorun iqtisadi inkişafı proqramına və ictimai təşəbbüslərə 90 milyona yaxın vəsait təqdim edib.

Xəbər lenti

Xəbər lenti