...

Azərbaycan Milli Elmlər Akademiyası Almaniya şirkətinin biometrik pasportların tətbiqi üzrə təklifini nəzərdən keçirir

Telekommunikasiya Materials 12 Aprel 2010 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) Almaniyanın şəxsiyyəti təsdiq edən yeni nəsil sənədlər, bank kartları, pul əskinaslarının və s. istehsalı ilə məşğul olan Bundesdruckerei International (BIS) şirkətinin biometrik müəyyənləşdirmənin tətbiqi layihəsi üzrə təklifini nəzərdən keçirir. Bu barədə İTİ-nin məlumatında deyilir.

Bu gün institut Azərbaycanda biometrik pasportların tətbiq edilməsi layihəsi üzrə işlər aparır.

İTİ-də keçirilən görüş zamanı BIS şirkətinin satış üzrə direktoru Qotfild Berger aksiz və poçt markaları, sürücülük vəsiqələri, müxtəlif növ biletlər, kataloq, broşür və plakatlarla yanaşı, BSI şirkətində istehsal edilən e-pasportların keyfiyyəti, onların hazırlanma mexanizmi haqqında geniş məlumat verib.

Görüş zamanı qonaqlara Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı" çərçivəsində bu sahədə görülən işlər haqqında məlumat verilib. Biometrik eyniləşdirmə sisteminin yaradılması, bu sahədə hüquqi, təşkilati, elmi-nəzəri və texniki məsələlərin həlli istiqamətində aparılan işlərdən söhbət açılıb. İTİ-də biometrik sistemlərin təhlükəsizliyi və qiymətləndirilməsi, irimiqyaslı biometrik sistemlərin modelləşdirilməsi və s. sahədə elmi-tədqiqat işlərinin aparıldığı bildirilib. Eyni zamanda, biometrik texnologiyalar, onlarla işləmə mexanizmi və s. ilə əlaqədar beynəlxalq təcrübənin öyrənildiyi qeyd edilib.

İTİ həmçinin Almaniyanın Mühlbauer AG, ABŞ-ın 3M, Polşanın PWPW S.A. və Koreyanın Politexnik İnstitutunun təkliflərini nəzərdən keçirir.

Həmin şirkətlər sərhəd nəzarət məntəqələri, qeydiyyatdan keçmiş pasport stollar, telekommunikasiya həlləri, pasport hazırlanması üçün avadanlıqlar və mikroçiplər üçün hazır həllər təklif edir.

Bu gün Azərbaycan Nazirlər Kabineti biometrik pasportların tətbiq edilməsi üzrə əlaqələndirici işlər aparır. Layihənin reallaşdırılmasının əsas prioritetləri gömrük nəzarət-buraxılış məntəqələrinin texniki təchizatıdır.

İTİ-nin direktoru Rasim Əliquliyevin daha əvvəl dediyi kimi, Azərbaycan vətəndaşları 2011-ci ildə elektron pasportlar əldə edə biləcəklər.

Bu tip pasportlar şəxsiyyəti təsdiq edən sənədləri mümkün saxtalaşdırmadan qorumaq üçün tətbiq ediləcək.

Xəbər lenti

Xəbər lenti