...

Azerfon Bakutel 2010 beynəlxalq sərgisində 3G yeniliklərini nümayiş etdirəcək

Telekommunikasiya Materials 22 Noyabr 2010 18:22 (UTC +04:00)
"Azerfon" şirkəti 16-cı BakuTel 2010 - Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində 3G texnologiyası üzrə yenilikləri təqdim edəcək.
Azerfon Bakutel 2010 beynəlxalq sərgisində 3G yeniliklərini nümayiş etdirəcək

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

"Azerfon" şirkəti 16-cı BakuTel 2010 - Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində 3G texnologiyası üzrə yenilikləri təqdim edəcək.

Azərbaycanda Nar Mobile müştəriləri üçün "Nar Dünyası" yeni mağaza konsepsiyasının ilk təqdimatı sərgidə keçiriləcək. Müştərilərin və abunəçilərin tələblərini yeni səviyyədə ödəməyə yönəlmiş "Nar Dünyası" mağazalar konsepsiyası modeli Azerfon-un stendində nümayiş etdiriləcək. Nar Mobile telefon nömrəsi almaq, servislərdən yararlanmaq, müştəri xidmətlərindən istifadə imkanları "Nar Dünyası" konsepsiyası üzrə bir yerdə sərgi ziyarətçilərinin xidmətində olacaq.

Sərgidə Nar Mobile tərəfindən 3G mobile TV, Azerfon-Vodafone tərəfindən 3G kamera, 3G USB Modem, 3G netbuk kimi texnologiyalar təqdim olunacaq.

3G Mobile TV xidməti yüksəksürətli 3G texnologiyası vasitəsilə mobil telefon istiafadəçiləri üçün bir sıra televiziya kanallarını seyr etməyə imkan yaradır.

Azerfon-Vodafone tərəfindən təqdim edilən 3G+ müşahidə kamerası - qeyri-adi dizayn, üstün xarakteristikası ilə anbar, qaraj, ev, ofis, uşaq və ya ev heyvanlarını məsafədən izləməyə imkan verir. SİM-kart yerləşən 3G+ müşahidə kamerasına birbaşa video zəng etməklə müşahidə imkanlarından yararlanmaq olar.

3G USB modemi vasitəsilə Azerfon-Vodafone mobil şəbəkəsinin əhatə etdiyi istənilən yerdən müxtəlif internet xidmətlərindən istifadə etmək imkanları yaranıb. Genişzolaqlı mobil internet bağlantısı vasitəsilə 3G texnologiyasının mümkün servis və xidmətlərinə abunəçilər üçün birbaşa çıxış imkanları yaradılıb.

3G netbukları vasitəsilə əlavə qurğulardan istifadə etmədən və 3G texnologiyasını dəstəkləyən SİM-kartı netbukda quraşdırmaqla yüksək sürətli genişzolaqlı mobil internetə bağlantı əldə edilmək imkanları yaradılır.

Azerfon-un stendində həmçinin bütün sərgi müddətində müxtəlif yarışmalar keçiriləcək və yüzlərlə qiymətli hədiyyələr oynanılacaq. Azerfon şirkətinin stendi Bakutel sərgisində ən geniş sahəyə malik olanlar sırasına daxildir. Stenddə Azerfon-un mobil xidmət ticarət markaları və təsis etdiyi şirkətlər təmsil olunacaq.

Azerfon-un 3G texnoloji yenilikləri haqqında geniş məlumatı Bakutel sərgisində əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti