Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir H.Vəliyev /
Azərbaycan "Speedtest" servisini yaradan "Ookla" şirkətinin Net Index reytinqinə daxil olan İnternet trafikin sürəti üzrə 87-ci yeri tutub. Ötən ay Azərbaycan 89-cu yerdə yerdə idi.
Nəticələr noyabrın 20-dən dekabrın 19-dək keçirilən eksperimental tədqiqat əsasında əldə olunub. Sınaqların keçirilməsi üçün 76313 unikal IP-ünvan seçilib.
Net Index reytinqinə görə, Azərbaycanda daxil olan orta trafikin sürəti 2,90 Mbit/s təşkil edir. Reytinqdə Azərbaycanın Delta Telecom və Baktelekom iki ilkin provayderinin statistik göstəricilərinin nəticələri göstərilib. Araşdırma dövründə bu şirkətlərin şəbəkələrində daxil olan trafikin sürəti 3,83 və 1,99 Mbit/s təşkil edib.
Azərbaycan daxil olan trafik reytinqinə görə Malaziyanı (89-cu yer) - 2,81 Mbit/s, Özbəkistanı (120) - 1,73 Mbit/s, Ermənistanı (121) - 1,72 Mbit/s, Tacikistanı (130) 1,30 Mbit/s, İranı (160) - 0,65 Mbit/s və digərlərini qabaqlayır. İlk üçlüyə Cənubi Koreya (36,35 Mbit/s), Aland adaları (27,51 Mbit/s) və Litva (27,28 Mbit/s) daxildir.
Azərbaycan istifadəçilərin şəbəkəyə orta hesabla 1,03 Mbit/s ilə daxil olan və çıxan trafik reytinqi üzrə 69-cu yeri tutub (ötən ay 77-ci yer).
Bu göstərici üzrə Azərbaycan İsraili (86-cı yer) - 0,82 Mbit/s, İtaliyanı (88-ci yer) - 0,80 Mbit/s, Özbəkistanı (106-cı yer) 0,69 Mbit/s, Yunanıstanı (111-ci yer) 0,66 Mbit/s, Meksikanı (114-cü yer) - 0,63 Mbit/s, Ermənistanı (116-cı yer) - 0,60 Mbit/s, İranı (159-cu yer) - 0,19 Mbit/s və digərlərini qabaqlayır.
Delta Telecom və Baktelekom şəbəkələrində çıxan trafik statistika üzrə sürət müvafiq olaraq 1,77 Mbit/s və 0,61 Mbit/s təşkil edir.