...

Bakıda yanğından zərər çəkən ATS xətlərinin tam bərpası yanvarın 5-nə planlaşdırılır

Telekommunikasiya Materials 23 Dekabr 2010 15:31 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 568/569 saylı ATS-lərin ərazisində kabel-kanalizasiya sistemində yanğın nəticəsində baş vermiş qəzanın aradan qaldırılması üzrə işlər aparır.
Bakıda yanğından zərər çəkən ATS xətlərinin tam bərpası yanvarın 5-nə planlaşdırılır

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 568/569 saylı ATS-lərin ərazisində kabel-kanalizasiya sistemində yanğın nəticəsində baş vermiş qəzanın aradan qaldırılması üzrə işlər aparır. Bu barədə Trend-ə cümə axşamı nazirliyin mətbuat katibi Müşfiq Əmirov deyib.

Əmirovun sözlərinə görə, yanğın söndürülüb və yanğın yerində nazirliyin mütəxəssisləri tərəfindən qəzanın aradan qaldırılması üzrə işlərə başlanılıb.

"Operatorun infrastrukturuna ciddi ziyan dəydiyindən telefon rabitəsinin tam bərpası yanvarın 5-dək uzana bilər. Bununla belə, bərpa işlərinin bir qisminin ayın sonuna başa çatdırılması planlaşdırılır. Söhbət alternativ rabitə xətlərinin bərpasından gedir. Yanğın nəticisində təxminən bir milyon manat ziyan dəyib", - Əmirov bildirib.

Faktla bağlı araşdırma aparılır və Əmirovun sözlərinə görə, müvafiq qurumlar tərəfindən bu işlə bağlı iddia irəli sürüləcək.

Xəbər lenti

Xəbər lenti