...

"Gamma Corporation" şirkəti "Oracle Gold Partner" statusuna yiyələnib

Telekommunikasiya Materials 10 Yanvar 2011 14:40 (UTC +04:00)
"Gamma Corporation" ilə "Oracle" arasında bağlanmış müqaviləyə əsasən, "Gamma Corporation" şirkəti "Oracle Gold Partner" statusunu əldə edib.
"Gamma Corporation" şirkəti "Oracle Gold Partner" statusuna yiyələnib

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

"Gamma Corporation" ilə "Oracle" arasında bağlanmış müqaviləyə əsasən, "Gamma Corporation" şirkəti "Oracle Gold Partner" statusunu əldə edib.

"Gamma Corporation" şirkəti biznesin səmərəliliyinin təkmilləşdirilməsi məqsədi ilə inteqrasiya olunmuş mürəkkəb informasiya sistemlərinin tətbiqi və dəstəklənməsində ixtisaslaşmış şirkətdir.

"Gamma Corporation" şirkəti, beynəlxalq praktikada tanınmış "Enterprise Resources Planning" (ERP) (Müəssisənin resurslarnın planlaşdırılması) sinfi, maliyyə-idarə sistemləri üzrə 10 ildən çox təcrübəyə malik professional mütəxəssislərə və bu sistemlərin Azərbaycanda tətbiqi üzrə metodologiyaya sahibdir.

"Gamma Corporation" şirkətinin fəaliyyətinin ən mühüm hədəflərindən biri regionda yerləşən yerli və xarici şirkətlərə beynəlxalq standartlara uygun, keyfiyyətli xidmətlərin göstərilməsidir.

"Gamma Corporation" şirkəti "Oracle" şirkətinin "Gold Partner"i kimi Azərbaycanda "Oracle E-Business Suite" məhsullarının satışı, tətbiqi, təlimi və texniki dəstəyi kimi xidmətləri həyata keçirir.

"Oracle E-Business Suite" proqram təminatı müəssisənin səmərəliliyinin idarə edilməsi vasitələri sahəsində liderdir. Bu proqram təminatı şirkətin fəaliyyətinin bütün aspektlərinin effektiv idarə edilməsini təmin edən inteqrasiya olunmuş tam funksiyalı biznes kompleksdir. "Oracle E-Business Suite" maliyyə, istehsal, kadrlar, satınalma, logistika, marketinq, satış, xidmət, təchizat və müştərilər ilə münasibətlər modulları ilə müəssisələrin biznes proseslərini təhlili üzrə geniş imkanlara malikdir.

Xəbər lenti

Xəbər lenti