...

2010-cu ildə Azərbaycanda ÜDM-də İKT-nin gəlirinin həcmi 4,3 faizə çatıb

Telekommunikasiya Materials 22 Yanvar 2011 11:13 (UTC +04:00)
2010-cu ildə Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru üzrə artım tempi 35,5 faiz, telekommunikasiya sektoru üzrə 32,8 faiz, poçt sektoru üzrə 29,2 faiz təşkil edib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2010-cu ilin yekunlarına dair hesabatında məlumat verilib.
2010-cu ildə Azərbaycanda ÜDM-də İKT-nin gəlirinin həcmi 4,3 faizə çatıb

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir H.Vəliyev/

2010-cu ildə Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru üzrə artım tempi 35,5 faiz, telekommunikasiya sektoru üzrə 32,8 faiz, poçt sektoru üzrə 29,2 faiz təşkil edib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2010-cu ilin yekunlarına dair hesabatında məlumat verilib.

2010-cu ildə Azərbaycanın ÜDM-də İKT və poçt xidməti sektorunun gəlir həcmi 1,9 faiz təşkil edib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına əsasən, 2010-cu ildə qeyri-neft sektorunun ÜDM-nin həcmi 18442,0 milyon manat təşkil edib, real artım həcmi isə 7,9 faiz olub.

Qeyri-neft sektorunun ÜDM-də İKT və poçt rabitəsi üzrə gəlir həcmi ötən ilin yekunlarına görə 4,3 faiz təşkil edib.

İKT və poçt rabitəsi sektoru üzrə alınan gəlirin 80 faizi qeyri-hökumət müəssisələrinin payına düşüb. Sektor üzrə alınan gəlirin ümumi həcmindən 71,3 faiz artım sürəti 2009-cu illə müqayisədə 30,2 faiz təşkil edən mobil rabitə bazarının payına düşüb.

2010-cu ildə İKT və poçt rabitəsi sektoru üzrə gəlir həcmi 2009-cu illə müqayisədə 32,1 faiz artaraq 1230,2 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti