...

Azərbycanda IMEI kodların qeydiyyat sisteminin işə salınması layihəsi üzrə sənədin hazırlanması başa çatır

Telekommunikasiya Materials 17 Fevral 2011 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir H.Vəliyev/

Mobil telefonların IMEI kodlarının qeydiyyat sisteminin işə salınması layihəsini tənzimləyən sənədin hazırlığı üzrə işlər başa çatmaqdadır. Bu barədə Trend-ə cümə axşamı "Rcom" şirkətinin rəhbəri Seymur Məmmədov bildirib.

Sistem inteqratoru funksiyasını yerinə yetirən Azərbaycanın "Rcom" şirkəti sistemin texniki qurulması üzrə işləri yerinə yetirən şirkət qismində seçilib.

Məmmədovun sözlərinə görə, sənəd hökumət tərəfindən təsdiqlənməlidir. Bundan sonra qeydiyyat sisteminin işə salınması üzrə işlər ikinci mərhələyə daxil olacaq.

Hazırda qeydiyyat sistemi artıq təcrübi istismara hazırdır. Mobil telefonların IMEI kodlarının qeydiyyat sisteminin işə salınması layihəsini tənzimləyən rəsmi sənəd və sistem işə salınmağa hazır olduqdan sonra mobil rabitə operatorları sistemin tələblərinə uyğun olaraq öz infrastrukturlarını hazırlamalı olacaqlar. Məlumat bazası Azərbaycan ərazisinə gətirilən mobil telefonların IMEI kodlarının sayəsində artacaq. Qeydiyyat həm gömrük orqanları vasitəsilə, həm də operatorun şəbəkəsinə qoşularkən həyata keçiriləcək.

Bundan əvvəl Məmmədovun dediyinə görə, sistemin tətbiqi operatorlarda çoxlu vəsait tələb etməyəcək, lakin operator özündə qeydiyyat sisteminin işini təkrarlayacaq paralel sistemin olmasını istəsə, əlavə avadanlıq almalı olacaqlar.

Sənəddə qeydiyyat sisteminin işə salınması layihəsində nəzərdə tutulan bütün spektlər öz əksini tapacaq. Məlumat bazası yaradıldıqdan sonra mobil telefon bazarının vəziyyəti barədə məlumat əldə ediləcək (bazarın həcmi, qanuni və qeyri-qanuni məhsulların keyfiyyəti). Yeni sistem həm oğurluqla, həm də ölkəyə qeyri-qanuni idxalla effektli mübarizə aparmağa imkan verəcək. Mobil telefonların IMEI kodlarının qeydiyyat sisteminin hüquqi bazası qüvvəyə mindikdən sonra Azərbaycana qeyri-qanuni gətirilən telefonları söndürməyə imkan verəcək aparat-proqram təminatı qoşulacaq.

Sistemin təcrübi istismara verilməsi ilin birinci yarısında gözlənilir. Hər şey rabitə operatorlarının hazırlığından asılı olacaq.

Xəbər lenti

Xəbər lenti