Azərbaycan, Bakı, 17 fevral /Trend/
Azərbaycanın ən gənc və qabaqcıl mobil operatoru "Azərfon-Vodafone" 2010-cu ildə rouminq sazişlərinin sayının artdığını bildirir. 2010-cu ildə "Azerfon-Vodafone" rouminq əhatə dairəsini 220 operatora qədər genişləndirib və "Japan Softbank", USA AT&T, "Canada Rogers" kimi operatorlar ilə yeni rouminq sazişləri imzalanıb. İndi "Azərfon-Vodafone" müştəriləri sərfəli və rahat rouminq təkliflərindən istifadə edərək dünyanın 120-dən çox ölkəsinə səyahət edə bilərlər.
"Azərfon-Vodafone" fəaliyyətinin ilk günlərindən Azərbaycanda ən ucuz, rahat və şəffaf rouminq qiymətlərini təqdim edir. Azərbaycan mobil bazarında ilk dəfə "Azerfon-Vodafone" 4 zona üçün 4 qiymətə əsaslanan ən sərfəli rominq tarifləri tətbiq edir və bu qiymətlər hər zaman /www.azerfon-vodafone.com/ internet səhifəmizdə əks olunur. Bizim "Vodafone"la strateji tərəfdaşlığımız bizə müştərilərimizə ən sərfəli və rahat rouminq tariflərli təqdim etmək imkanı yaradır, və biz fıxr edirik ki, Azərbaycanda abunəçilərimizə ən yaxşı rominq xidmətləri göstəririk", - baş icraçı müdir cənab Yurgen Pitz bildirib.