Azərbaycan, Bakı, 7 mart /Trend/
Barter vasitəsilə ilk ticarət sazişlərinin bağlandığı vaxtlardan uzun zaman keçib. Ticarət karvanlarının uzun sıraları yeri bazarları aramsız mal axını ilə təmin etmək üçün ipək yolu ilə uzanırdı. Lakin təkamül öz işini gördü və bizi hazırda "Place.az" sosial ticarət meydançasının işə başladığı qlobal internet şəbəkəsinə gətirdi. Bu, bütün Azərbaycan internet istifadəçilərinin mal alıb sata biləcəyi sosial ticarət meydançasıdır.
"Place.az" tərtibatçılarının dediklərinə görə, internet-ticarət bütün dünyada geniş yayılmışdır. Hazırda məqsədimiz Azərbaycanda internet ticarətini əhalinin bütün təbəqələri üçün perspektiv sahə kimi inkişaf etdirməkdir. "Place.az" hər bir kəsin ondan asanlıqla baş çıxarması üçün kifayət qədər sadə olmaq, və insanlara əlavə qazanc imkanı vermək üçün yaradılmışdır.
Artıq istifadə etmədiyimiz əşyaları, kitabları, geyimləri, texnikanı, hətta maşın və mənzilləri evdən çıxmadan sata biləcəyik. Və ya əlverişli şəraitlərdə malı mağazada olduğundan daha ucuz ala biləcəyik. "Place.az" digər imkanları da təklif edir: məs., arzusunu həyata keçirmək - öz biznesini qurub, əsas iş yerindən məhrum olmaq riskini yaşamadan, "Place.az"da "Mağaza" kimi qeydiyyatdan keçib mallarını rəsmi səhifədən irəlilədə bilmək istəyənlər üçün. Onlayn mağazanın üstünlüyü ondan ibarətdir ki, burada icarə haqqını ödəmək lazım deyil.
"Place.az"ın sadə istifadəçilərə hansı imkanları təklif etdiyi haqqında məlumat almaq üçün bu ticarət meydançasına baş çəkməyə dəyər.