...

Bakcell-in manat tarifinə sentyabrda keçəcəyi gözlənilir

Telekommunikasiya Materials 15 Mart 2011 20:45 (UTC +04:00)
Azərbaycanda telefon nömrələrinin köçürülməsi xidmətinin (MNP - Mobile Number Portability) tətbiqi ölkədə fəaliyyət göstərən bütün mobil rabitə opertorlarının manat tarifinə keçməsindən sonra mümkün olacaq.
Bakcell-in manat tarifinə sentyabrda keçəcəyi gözlənilir

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda telefon nömrələrinin köçürülməsi xidmətinin (MNP - Mobile Number Portability) tətbiqi ölkədə fəaliyyət göstərən bütün mobil rabitə opertorlarının manat tarifinə keçməsindən sonra mümkün olacaq. Bu barədə çərşənbə axşamı Bakcell-in baş kommersiya direktoru Krasimir Genov deyib.

Hazırda Azərbaycanın mobil rabitə operatorları Azercell və Bakcell qaimə xətləri ilə yanaşı, kontur sistemindən istifadə edirlər.

Genovun sözlərinə görə, Bakcell şirkətinin manat tarifinə keçməsi sentyabrda gözlənilir.

Bu məsələ ilə bağlı indi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə danışıqlar aparılır.

Manat tarifinə keçid zamanı bütün abonentlər bu proses haqqında məlumatlandırılacaq.

Azərbaycanda MNP xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəkləri halda öz nömrələrini saxlamağa imkan verəcək ki, bu da onları nömrələrini dəyişdikləri barədə yaxın adamlarını və iş tərəfdaşlarını xəbərdar etmək zərurətindən azad edir.

Dünya təcrübəsinə əsasən, nömrələrin köçürülməsinin tətbiqi digər operatora keçən zaman nömrənin saxlanmasının əhəmiyyət daşıdığı abonentlərin axınının fəallaşmasına səbəb olur. Nömrələrin köçürülməsi rəqabəti artırır və operatorları mövcud abonentlərin saxlanması və yeni abonentləri cəlb etmək üçün daha cəlbedici tariflər və keyfiyyətli xidmətlər göstərməyə sövq edir.

Xəbər lenti

Xəbər lenti