...

"Nar Mobile" Bakıda növbəti "Nar Dünyası" satış və xidmət mərkəzini təqdim edib (FOTO)

Telekommunikasiya Materials 19 Mart 2011 11:33 (UTC +04:00)
"Nar Mobile" Bakıda növbəti "Nar Dünyası" satış və xidmət mərkəzini təqdim edib
"Nar Mobile" Bakıda növbəti "Nar Dünyası" satış və xidmət mərkəzini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 19 mart /Trend/

18 mart 2011-ci il tarixində Bakı şəhərində, Yasamal rayonu, A.M.Şərifzadə, 69 ünvanında "Nar Mobile" tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzinin açılış mərasimi keçirilib.

Bakı şəhərində açılan yeni "Nar Dünyası" satış və xidmət mərkəzinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də, Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq. "Nar Dünyası" satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır.

Açılış mərasimi zamanı "Nar Dünyası" satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksessuarları ilə tanış olublar.

"Nar Mobile" tərəfindən təqdim edilən yeni "Nar Dünyası" satış və xidmət mərkəzləri hazırda Bakı, Gəncə, Tovuz və Səlyanda fəaliyyət göstərir, yaxın zamanda isə digər bölgələrdə də açılışları həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti