...

Bakının sosial ticarət meydançası genişlənir

Telekommunikasiya Materials 4 Aprel 2011 14:41 (UTC +04:00)
Real dünya ilə paralel şoxlu sayda insanın təsil aldığı, işlədiyi və əyləndiyi virtual dünya - internet var. Bir də şəbəkədə satırlar və alırlar. Azərbaycanda internet ticarəti heç vaxt indiki kimi sürətlə inkişaf etməyib.
Bakının sosial ticarət meydançası genişlənir

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Real dünya ilə paralel şoxlu sayda insanın təsil aldığı, işlədiyi və əyləndiyi virtual dünya - internet var. Bir də şəbəkədə satırlar və alırlar. Azərbaycanda internet ticarəti heç vaxt indiki kimi sürətlə inkişaf etməyib. Buna bariz nümunə Bakının Place.az rəsmi ticarət meydançasıdır.

Sizə qələmdən şəhərətrafı gözəl villayadək nəyisə almaq və ya satmaq lazımdırsa, indi siz bu problemi evdən çıxmadan və hətta masa arxasından durmadan həll edə bilərsiniz. İdeyaya tələbat yaranıb. Prosesin sadəliyi yüzlərlə alıcı və satıcını cəlb edib. Sərfəli satmaq və alış etmək imkanının olması üçün sadə qeydiyyatdan keçmək (əlbəttə ki, pulsuz), sayta malların fotoşəkillərini yükləmək, onların qiymətini qoymaq və maraq gğstərən alıcıları gözləmək lazımdır. Siz vasitəçinin xidmətlərinə görə heç nə ödəmirsiniz və malınız məhz sizin göstərdiyiniz qiymətə satılacaq.

Bundan başqa, Place.az-da malların geniş çeşidi və qiymətlər diapazonu da cəlbedicidir. Burada uşaqlar üçün multimediyalı və təhsil proqramlı, xüsusi uşaq brauzerli noutbuku, pişik balası, əldəqayırma sabun və şəhərin mərkəzində sabnallı restoran da almaq olar. Saytda ən bahalı mal 550 000 manata, ən ucuzu isə 3 manatadır. Place.az inkişaf edir, biz isə yalnız uğurlu starta və qarşımızda açılan imkanlara sevinmək qalır.

Xəbər lenti

Xəbər lenti