...

Nar Mobile rouminq tariflərinə 50%-dək endirim elan edir

Telekommunikasiya Materials 7 Aprel 2011 20:08 (UTC +04:00)
Aprel ayından etibarən Nar Mobile bütün daxil olan zənglərə, internet trafikə 50%, çıxan zənglərə və SMS-lərə Rusiya, Qazaxstan, Belarus, Moldova, Qırğızıstan və Tacikistan ölkələri üçün rouminq xidmətləri üzrə 10% endirim edir.
Nar Mobile rouminq tariflərinə 50%-dək endirim elan edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Aprel ayından etibarən Nar Mobile bütün daxil olan zənglərə, internet trafikə 50%, çıxan zənglərə və SMS-lərə Rusiya, Qazaxstan, Belarus, Moldova, Qırğızıstan və Tacikistan ölkələri üçün rouminq xidmətləri üzrə 10% endirim edir.

Bu tarixdən etibarən qeyd olunmuş ölkələr Nar Mobile rouminq xəritəsində Zona 1-ə daxil ediləcək. Bununla da Nar Mobile abunəçiləri MDB ölkələrinə səyahət edərkən əhəmiyyətli dərəcədə aşağı qiymətlərlə rouminq xidmətlərindən istifadə edə biləcəklər. Belə ki, abunəçilər bir sıra MDB ölkələrinin daxil olduğu Zona 1 üzrə daxil olan zənglərə görə 0,50 manat, çıxan zənglər - 1,35 manat, göndərilən hər bir SMS üçün isə 0,35 manat ödəyəcəklər.

"Bizim məqsədimiz müştərilərimizə ən yaxşı rabitə xidmətlərini təqdim etməkdir. Azərbaycan vətəndaşları tez-tez MDB ölkələrinə səyahət edir və bununla əlaqədar biz MDB ölkələri üçün rouminq tariflərində 50% endirim etdik. Biz fəxr edirik ki, abunəçilərimizə ən şəffaf, əlverişli və rahat rouminq tariflərini təqdim edirik", - baş icraçı müdir Yurgen Pitz bildirib.

Nar Mobile şəffaf və sərfəli qiymət siyasəti, eləcə də qabaqcıl məhsul və xidmətlərlə tanınır. Fəaliyyətinin ilk günündən etibarən Nar Mobile bütün danışıqlarda hesablama vahidi olaraq manatdan istifadə edir ki, bu da öz novbəsində müştərilərə rabitə xərclərinə tam nəzarət imkanı verir. Nar Mobile 3G xidmətlərini təqdim edən operator olduğu üçün abunəçilər 3G xidmətindən rouminq rejimində də yararlana bilərlər. Nar Mobile rouminq xəritəsində bütün ölkələr üzrə 4 Zonaya bölünür. Nar Mobile rouminq xəritəsi 120-dən çox ölkə və 220 operatoru əhatə edir və müştərilərin rahatlığı üçün bütün qiymətlər www.narmobile.az internet səhifəsində əks olunur.

Rouminq zonası

Daxil olan zənglər

(1 dəq/AZN)

Çıxan zənglər

(1 dəq/AZN)

1 SMS qiyməti (göndərilən/AZN)

1 MB

GPRS/AZN

1

0.5

1.35

0.35

6

2

1

1.5

0.5

12

3

1.5

2.5

0.75

16

4

2

3.5

1

20

Xəbər lenti

Xəbər lenti