...

Azərbaycanın kabel televiziyası operatoru Naxçıvan MR ərazisində xidmətləri genişləndirir

Telekommunikasiya Materials 12 Aprel 2011 13:16 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası kabel televiziyası operatoru "B&BTV Communications" MMC-yə MR ərazisində rəqəmsal kabel-efir televiziyası xidmətlərinin göstərilməsi üçün lisenziya verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "B&BTV Communications"in məlumatında deyilir.
Azərbaycanın kabel televiziyası operatoru Naxçıvan MR ərazisində xidmətləri genişləndirir

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir H.Vəliyev/

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası kabel televiziyası operatoru "B&BTV Communications" MMC-yə MR ərazisində rəqəmsal kabel-efir televiziyası xidmətlərinin göstərilməsi üçün lisenziya verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "B&BTV Communications"in məlumatında deyilir.

Operatora verilən TRŞ №0004101 lisenziyası aprelin 9-dan qüvvədədir.

Sənədə uyğun olaraq "B&BTV Communications" şirkəti NMR ərazisində rəqəmsal formatda yerli və xarici kanalların yayımı üçün infrastrukturun genişləndirilməsinə başlayıb.

İşlər "Azərbaycan ərazisində DVB-T rəqəmsal teleyayım sisteminin tətbiqi və inkişafı proqramı" çərçivəsində aparılır. Proqram Azərbaycan hökuməti tərəfindən fevralda qəbul edilib.

Proqramda respublikada teleradioyayım infrastrukturlarının inkişafı, efir məkanında milli və informasiya təhlükəsizliyinin təmin olunması, gücləndirilməsi və digər məsələlərin həlli nəzərdə tutulub.

Azərbaycanda rəqəmsal yayım analoq yayım saxlanmaqla iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2011-2012-ci illəri əhatə edir. Bu mərhələdə ən azı bir açıq paket (8-12 kanaldan ibarət) olmaqla Bakı, Gəncə, Naxçıvan və respublikanın sərhəd bölgələrində rəqəmli televiziya yayımının təşkili nəzərdə tutulur. Birinci mərhələnin sonuna respublika əhalisinin təqribən 60-70 faizini təmin edə biləcək rəqəmli televiziya yayım şəbəkəsinin qurulması planlaşdırılır.

İkinci mərhələ 2013-cü ili əhatə edəcək. Bu mərhələdə digər güclü radio-televiziya stansiyalarında optimal yayımın tələblərini təmin etməklə iki, üç və daha artıq paketdən (hər birində 8-12 kanal) ibarət rəqəmli televiziya vericilərinin quraşdırılması nəzərdə tutulur. Təşkil ediləcək paketlərə dövlət, ictimai, özəl və regional televiziya proqramları ilə yanaşı, əhalinin marağına səbəb olan digər televiziya proqramları da daxil edilə bilər.

Xəbər lenti

Xəbər lenti