...

Azərbaycanın Rabitə Nazirliyi Ümumdünya informasiya və kommunikasiya sammitində iştirak edəcək

Telekommunikasiya Materials 5 May 2011 20:27 (UTC +04:00)
Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə may ayının 11-də Koreya Respublikasının paytaxtı Seul şəhərində keçiriləcək 7-ci Ümumdünya informasiya və kommunikasiya samitində iştirak edəcək
Azərbaycanın Rabitə Nazirliyi Ümumdünya informasiya və kommunikasiya sammitində iştirak edəcək

Azərbaycan, Bakı, 5 may /Trend/

Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə may ayının 11-də Koreya Respublikasının paytaxtı Seul şəhərində keçiriləcək 7-ci Ümumdünya informasiya və kommunikasiya samitində iştirak edəcək.

Trend-in Rabitə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir və nazir müavinləri səviyyəsində təşkil olunacaq sammit iştirakçılara telekommunikasiya və yeni texnologiyaların gələcəyinə dair müxtəlif fikir və strategiya ətrafında müzakirələr aparmaq imkanı verir.

Tədbirə toplaşan dünya ölkələrinin nümayəndələri bu imkandan istifadə edərək "Ağıllı cəmiyyət və mobil inqilab" mövzusunda öz fikirləri ilə bölüşəcək, eləcə də bu gün sürətlə təkamül edən rəqəmli mühitdə yeni imkanların birgə açılması yollarını müzakirə edəcəklər.

Sammitə gələn qonaqlar Cənubi Koreyanın informasiya texnologiyaları sahəsinin ən iri sərgisi olan World IT Show 2011-in ekspozisiyası ilə də tanış olacaqlar. Builki sərginin mövzuları simsiz rabitə, genişzolaqlı şəbəkələr, şəbəkə texnologiyaları, lokal və korporativ şəbəkələr, LAN/WAN, simsiz LAN-texnologiyalarıdır.

Xəbər lenti

Xəbər lenti