...

Nar Mobile NarKredit xidmətini təqdim edir!

Telekommunikasiya Materials 11 May 2011 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend/

İndi Nar Mobile abunəçiləri balansları sıfır olduqda belə zəng edə və mesaj göndərə bilərlər. Belə ki, NarKredit xidməti balansında kifayət qədər məbləğ olmayan və hər hansı bir səbəbdən ödəmə kartı əldə edə bilməyən abunəçilərə daima ünsiyyətdə olmaq imkanı verir.

NarKredit xidmətindən istifadə üçün telefonunun ekranında *700 #050#YES yığmaq lazımdır. Bu zaman abunəçinin balansına 0.50 AZN yüklənəcək. NarKredit xidmətindən hər istifadə haqqı 0.10 AZN-dir.

Kredit üzrə borc haqqında məlumat əldə etmək üçün *700 #150#YES yığmaq kifayətdir. Cari kredit borcu ödənildiyi halda NarKredit xidmətindən gün ərzində istənilən qədər istifadə etmək mümkündür.

NarKredit xidmətindən yalnız öncədən ödənişli və nömrəsi aktiv statusda olan abunəçilər istifadə edə bilərlər. Nömrə aktiv olmadıqda, NarKredit xidmətindən nömrə yenidən aktivləşdirildikdən sonra istifadə etmək olar.

Xidmətdən istifadə etmək üçün abunəçinin nömrəsi son 90 gün ərzində aktiv olmalı və bu müddət ərzində balansı ən azı 4 dəfə artırılmalıdır.

Xəbər lenti

Xəbər lenti