...

Azərbaycanda kadastr sahəsində elektron xidmətlərin göstərilməsi üçün informasiya bazası yaradılır

Telekommunikasiya Materials 12 İyul 2011 15:34 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi kadastr sahəsində elektron xidmətlərin göstərilməsi üçün informasiya bazası yaradır.
Azərbaycanda kadastr sahəsində elektron xidmətlərin göstərilməsi üçün informasiya bazası yaradılır

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir H.Vəliyev/

Əmlak Məsələləri Dövlət Komitəsi kadastr sahəsində elektron xidmətlərin göstərilməsi üçün informasiya bazası yaradır. Bu barədə çərşənbə axşamı Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.

İşlər "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsi çərçivəsində Gəncə və Şəkidə həyata keçirilir.

Bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın və torpaq sahələrinin texniki inventarlaşdırılması, daşınmaz əmlakın kadastr uçotuna alınması və vahid dövlət kadastrının tərtib edilərək aparılması sahəsində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ardıcıl tədbirlər həyata keçirir.

Bu layihənin əsas məqsədlərindən biri torpaq sahələri və daşınmaz əmlakdan daha səmərəli istifadə edilməsi məqsədi ilə Gəncə şəhərinin mükəmməl rəqəmsal kadastr xəritələrinin yaradılmasıdır.

Bütün bunlar vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaq.

"Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsinin həyata keçirilməsi üzrə işlərə bu ilin iyununda başlanılıb.

Xəbər lenti

Xəbər lenti