...

Bakcell "Yatma, Yazış" SMS kampaniyasına başlayıb

Telekommunikasiya Materials 16 Avqust 2011 10:38 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti böyük məmnuniyyətlə öz dəyərli müştərilərinə növbəti yay sürprizini təqdim edir
Bakcell "Yatma, Yazış"  SMS kampaniyasına başlayıb

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti böyük məmnuniyyətlə öz dəyərli müştərilərinə növbəti yay sürprizini təqdim edir.

Bu xəbər SMS sevərləri xüsusilə sevindirəcək. Dostlarınızla əlaqə saxlamaq üçün heç də həmişə kompüter qarşısında oturmağa və ya zəng etməyə ehtiyac yoxdur! Bakcell-in yeni "Yatma, Yazış" kampaniyası sizə bolluca SMS göndərməklə yaxınlarınızla ünsiyyətdə qalmaq imkanını verir. Sadəcə, mobil telefonunuzu götürün və SMS ünsiyyətinə başlayın.

Bu xidmətdən yalnız CIN abunəçiləri faydalana bilərlər. Avqustun 15-dən - sentyabrın 15-ə qədər Bakcell-in bütün CIN abunəçiləri gün ərzində sadəcə 9 qəpik ödəməklə 100 PULSUZ şəbəkədaxili SMS əldə edə bilərlər. SMS-lər qeyri-pik saatlarında, yəni gecə saat 00:00-dan səhər saat 08:00-ə qədər "Sevimli nömrələr" və QoşaCIN dən QoşaCINə daxil olmaqla, bütün Bakcell nömrələrinə göndərilə bilər.

Kampaniyaya qoşulmaq olduqca asandır. CIN abunəçiləri öz telefonlarından *910#1#YES nömrəsini yığaraq bir ay ərzində bütün Bakcell nömrələrinə gecə saat 00:00-dan səhər saat 08:00-ə qədər PULSUZ SMS ismarıclarını göndərə biləcəklər. Bir gecə ərzində 100 SMS-lik paket bitərsə, abunəçi *910#1#YES nömrəsini yığaraq növbəti SMS paket əldə edə bilər.

Bonus SMS-ləri olan və 30, 65 və 100 SMS paketlərindən istifadə edən abunəçilər, eyni zamanda "Yatma, Yazış" kampaniyasına qoşularaq öz yaxınlarına daha çox SMS göndərə bilərlər. Bu abunəçilər üçün gecə saat 00-dan səhər saat 8:00-dək göndərilən SMS-lər ilkin olaraq 100 SMS-lik paketdən çıxılacaq.

Daim müştərilərin ehtiyaclarını nəzərə alan Bakcell öz abunəçilərinə mobil rabitəyə sərf etdikləri pulun əvəzində daha böyük dəyər əldə etmək fürsəti verən geniş çeşidli xidmətlər təklif edir. Bakcell-in ən son "HədsizCIN", "QazanCIN", "Yatma, danış", "Ramazan ayı sovqatı" kampaniyaları və əlverişli SMS paketləri müştərilərin geniş çeşidli xidmətlər arasından öz həyat tərzlərinə daha uyğun olan xidmətləri seçmək azadlığını təmin edir.

Yay gecələrinin əyləncə və sevincini ən yaxın insanlarla paylaşmağı unutmayın. Sevincinizi Bakcell-lə bölüşün!

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, www.bakcell.com səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti