...

"Ailə TV" yeni "A Media" brendini təqdim edir

Telekommunikasiya Materials 15 Sentyabr 2011 17:24 (UTC +04:00)
Reklam bazarı iqtisadiyyatda vacib sahələrdən biridir. Gəlirli sahələrdən biri olan reklam sahəsi özündə bir çox vacib elementləri birləşdirir.
"Ailə TV" yeni "A Media" brendini təqdim edir

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Reklam bazarı iqtisadiyyatda vacib sahələrdən biridir. Gəlirli sahələrdən biri olan reklam sahəsi özündə bir çox vacib elementləri birləşdirir. Bu elementlər isə keyfiyyətli reklamın olması, onun düzgün təbliği üçün lazım olan strategiyanın mövcuduğu və reklamın əks olunduğu yerdir. Reklam sahəsinin inkişafı prioritet sahələrdən biri olsa da, demək lazımdır ki, bu sahədə keyfiyyətli brendlərin sayı azdır. Bu da reklam sahəsində daha perspektivli şirkətlərə ehtiyyacın olmasını göstərir. Elə bunu nəzərə alaraq "Ailə TV" kabel operator televiziyası yeni brend olan "A Media" brendini təqdim edir. Bununla da "Ailə TV" özünün çox profilli fəaliyyətinə yeni sahə, reklam sahəsini də əlavə edir.

"Ailə TV" "A Media" brendi altında tamamilə yeni təkliflər irəli sürür. Elə "A Media"- bredinin "Ailə TV" tərəfindən təqdimatında da əsas məqsəd bu təkliflərin geniş müştəri şəbəkəsinə tanıdılmasıdır.

Bəs "A Media"-nın irəli sürdüyü təkliflərin üstünlüyü nədən ibarətdir? Hansı faktorlar "A Media"-nı daha cəlbedici edir? Sözsüz ki, burada elə birinci faktor yeni brendin daim inkişaf edən Bakı Metropoliteni ilə birbaşa əlaqəli olmasıdır. "A Media" Bakı Metropoliteninin bütün stansiyalarında, platformalarda ümumi sayı 100-dən çox olan geniş ekranlı monitorlara sahib olan bir reklam agentliyidir. Bu isə reklam bazarında maraqlı olan istənilən hüquqi və fiziki şəxs - yəni potensial bazar iştirakçısı üçün öz məhsullarını geniş kütləyə təqdim edə bilmək üçün bir şansdır. İstehlakçıya ünvanlanan reklamın məhz düzgün yerdə yerləşdirilməsi və birbaşa hədəfə istiqamətlənməsi "A Meida"-nın ən böyük üstünlüyüdür. Dünya miqyasında çox milyardlı investisiyalar şəhəri kimi tanınan, daim genişlənən şəhər olan Bakının çoxmilyolu sakinlərinin 50 faizi gündəlik olaraq metrodan istifadə edir. Onların 30 faizi isə gün ərzində iki dəfə metrodan faydalanır. Bu isə 1 milyonluq auditoriya deməkdir. Belə olan halda isə sözsüz ki, "A Media"-nın reklam bazarı iştirakçılarına təqdim etdiyi xidmətdən daha optimal xidmət tapmaq qeyri-mümkündür. Nəzərə alsaq ki, müair dövrdə şirkətlər öz xidmətlərini və mallarını təqdim etmək üçün istehlakçı ilə birbaşa ünsiyyətə üstünlük verir, bu zaman "A Media"-nın xidmətlərinin ən əlverişli və birbaşa istehlakçıya ünvanlanan olması reklam agentliyinin üstünlüklərini açıq aydın ortaya qoyur. Bununla da geniş imkanlara malik olan "A Media", ən əlverişli şərtlərlə reklam bazarının bütün iştirakçılarının reklamlarının Bakı Metropoliteninin stansiyalarında yerləşdirlməsi təklifini irəli sürür.

Məhz "A Media"-nın reklam yerləşdirmək üçün düzgün məkana malik olması imkan verir ki, istənilən məhsul istehlakçının diqqətinə gün ərzində dəfələrlə ünvanlansın.

Xəbər lenti

Xəbər lenti