...

Google Azərbaycanda axtarış serverlərini işə saldı

Telekommunikasiya Materials 17 Sentyabr 2011 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir H.Vəliyev/

Google axtarış sistemi Delta Telecom (Azərbaycanın ilkin provayderi) şirkətinin DATA-mərkəzində quraşdırılmış serverlərin sınağını tamamlayıb. Bu barədə Trend-ə şənbə günü "Delta Telecom"un texniki direktoru Rahid Ələkbərli deyib.

Onun sözlərinə görə, hazırda axtarış sisteminin serverləri regionda axtarış xidmətləri təqdimi üçün işə salınıb.

Axtarış sisteminin serverlərinin Azərbaycanda mövcud olması yerli istifadəçilər üçün axtarışın keyfiyyətini yüksəldəcək, belə ki, nəticələr çox böyük sürətlə yerinə yetiriləcək.

Bundan əvvəl Ələkbərli deyib ki, lazımi infrastrukturun "Delta Telecom"da mövcudluğu Google şirkətinin AzNET şirkətini seçməyinin əsas amili olub. "Delta Telecom"un DATA-mərkəzi internet-mənbələrinin mühafizə edilməsi üçün ixtisaslaşdırılmış texniki meydançadır. Mərkəzin həndəsi sistemləri özündəki mənbələrin öz funksiyalarını gündəlik fasiləsiz yerinə yetirməyi təmin edir.

Xəbər lenti

Xəbər lenti