...

B&B TV şirkəti 3G üçün tezliklərdən istifadə etmir - Azercell

Telekommunikasiya Materials 4 Noyabr 2011 16:30 (UTC +04:00)
Azərbaycanın rabitə operatoruna 3G standartında rabitə xidmətləri göstərmək üçün verilən tezliklər kabel televiziyası operatoru - B&B TV şirkəti tərəfindən istifadə olunmur.
B&B TV şirkəti 3G üçün tezliklərdən istifadə etmir - Azercell

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın rabitə operatoruna 3G standartında rabitə xidmətləri göstərmək üçün verilən tezliklər kabel televiziyası operatoru - B&B TV şirkəti tərəfindən istifadə olunmur. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə "Azercell" (mobil rabitə operatoru) şirkətinin rəhbəri Əli Ağan deyib.

Buna baxmayaraq, B&B TV bunun əksini bəyan edir.

"Biz dünyanın iri şirkətinin [şirkətin adı göstərilmir] xidmətlərindən yararlanaraq, 3G-ni sınaqdan keçirdik və skan etmənin nəticələri bu tezliklərdən istifadə edilmədiyini göstərdi", - Ağan bildirib.

Onun sözlərinə görə, B&B TV tezliklərin mobil operatora verilməsi üçün "astronomik məbləğ" də tələb edir.

"B&BTV Communications"ın rəhbəri Səbinə Babayeva Trend-ə bildirib ki, şirkət cümə axşamı 1 saylı Bakı şəhər İnzibati-İqtisadi Məhkəməsinə Dövlət Radiotezliklər İdarəsinin 3G şəbəkəsinin yerləşdirilməsi üçün mobil rabitə operatorlarına tezliklərin verilməsinə dair qərarı ilə bağlı müraciət edib.

"Məhkəmə şirkətin müraciətini əsaslı hesab edərək B&BTV-nin xeyrinə qərar çıxarıb. Şirkət tərəfindən Dövlət Radiotezliklər İdarəsinin qərarının yerinə yetirilməməsi isə mövcud strukturlar arasında oktyabrın 25-dən başlanan məhkəmə mübahisəsi ilə bağlıdır", - Babayeva deyib.

Bir az əvvəl Azərbaycanın Dövlət Radiotezliklər İdarəsi mobil rabitə operatorları "Azercell" və "Baksell"ə 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün tezlik ayırıb. Söhbət operatora 1900-2100 Mhz tezlik resursunun verilməsindən gedir.

Hökumət tərəfindən lisenziyanın rəsmi qiyməti 11 min manat məbləğində müəyyənləşdirilib. Hazırda 3G standartında rabitə xidməti göstərmək üçün lisenziyaya yalnız Azerfon şirkəti malikdir.

Xəbər lenti

Xəbər lenti