...

Azərbaycanda "Bakutel" beynəlxalq telekommunikasiya sərgisi keçiriləcək

Telekommunikasiya Materials 22 Noyabr 2011 19:50 (UTC +04:00)
Noyabrın 23-26-da Bakıda keçiriləcək "Bakutel" sərgisində ilk dəfə olaraq 18 milli stend təqdim ediləcək.
Azərbaycanda "Bakutel" beynəlxalq telekommunikasiya sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 22 noyabr /Trend müxbir E.İsmayılov/

Noyabrın 23-26-da Bakıda keçiriləcək "Bakutel" sərgisində ilk dəfə olaraq 18 milli stend təqdim ediləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə 17-ci "Bakutel" sərgisinə həsr edilmiş mətbuat konfransında deyib.

Sərginin təşkilatçısı "Iteca Caspian" şirkətidir.

Onun sözlərinə görə, sərgidə bu qədər sayda milli ekspozisiyaların nümayiş etdirilməsi böyük uğurdur. Buna "Bakutel"in keçirilməsi tarixində ilk dəfə nail olunub.
Xüsuslə, öz stendlərini Avstriya, Belarus, Macarıstan, Fransa, İran, İsrail, İspaniya, Kanada, Çin, Latviya, Litva, BƏƏ, Rumıniya, ABŞ, Türkiyə, Xorvatiya, Estoniya təqdim edəcək.

Mətbuat konfransında "ITE Group Plc"nin içraçı direktoru Efvard Stroonun dediyinə görə, bu il keçiriləcək sərgi əhatə və iştirakçıların sayına görə "Bakutel"in bütün tarixi ərzində ən irimiqyaslıdır.

Sərgidə dünyanın 29 ölkəsindən 250 şirkət iştirak edəcək. Sərgi sahəsinin 40 faizindən çoxunu yerli IT şirkətləri, mobil operatorları, distribüterləri, rabitə operatorları, servis şirkətləri tutacaq.

Azərbaycanın milli stendi çərçivəsində 13 nazirlik İKT sahəsində layihələrı təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti